“AZADLIQ” QƏZETİNİN KOLLEKTİVİNİ “AZƏRBAYCAN” NƏŞRİYYATINA BURAXMAYIBLAR

Bu gün (02 avqust) “Azadlıq” qəzetinin əməkdaşları «Azərbaycan» Nəşriyyatına buraxılmayıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Qənimət Zahid məlumat verib. 

Onun sözlərinə görə, əməkdaşları içəri buraxmayan nəşriyyatın mühafizəçiləri buna səbəb kimi qəzetin nəşriyyata borcunun ödənilməməsini göstəriblər. Baş redaktor əlavə etdi ki, göstəriş nəşriyyatın direktoru Ağabəy Əsgərov tərəfindən verildiyinə görə, onunla görüşməyə cəhd göstərsə də, o, katibəsi vasitəsilə vaxtı olmadığını deyib. ““Azadlıq” qəzetinin nəşriyyata 15 min manat borcu var. Mətbuatın 135 illik yubileyi ilə bağlı qəzetə  20 min manat yardım ayrıldığını eşidən kimi belə bir addım atıblar ki, o pulu əlimizdən alsınlar. Mən həmin yardımla   borcumu qaytarmağa etiraz etmirəm. Amma hələ o pul bizə çatmayıb” – deyən Qənimət Zahidov əlavə etdi ki, prezidentə müraciət edərək, qəzetə ayrılan yardımın Ağabəy Əsgərovun hesabına köçürülməsini istəyəcək.

 

Məsələ ilə bağlı “Azərbaycan” nəşriyyatı ilə əlaqə saxlasaq da, rəhbərlikdən heç kimlə danışmaq mümkün olmadı.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

 

Previous Post

TƏZYİQƏ MƏRUZ QALMIŞ JURNALİSTLƏRİN İŞİNİ XƏZƏR RAYON POLİS İDARƏSİ ARAŞDIRIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.