BƏYANAT

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hakimiyyətinin siyasi sifarişi əsasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun 4 il müddətinə azadlıqdan məhrum edilməsinə görə Azərbaycan hökumətini qınayır.

Bu gün Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədova qondarma ittiham və iqtidarın sifarişi  əsasında Zahidovu  Cinayət Məcəlləsinin 127.2.3 və 221-ci (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq) maddələrilə təqsirli    bilərək  ona qarşı ədalətsiz hökm çıxarıb. Məhkəmənin Zahidova qarşı qərəzli mövqedə durması hökmün bu gün yarı gizli şəkildə oxunması ilə sübuta yetirilir.  Belə ki,  Zahidovun həyat yoldaşının verdiyi məlumata görə, səhər saat 11.00 radələrində baş redaktor gizli şəkildə məhkəməyə gətirilib və ona hökm oxunub. Hökmün bu gün oxunacağı barədə nə jurnalistlərə, nə vəkillərə, nə də jurnalistin ailə üzvlərinə  deyilməyib.
Məhkəmə istintaqı gedişində Zahidovun günahı sübuta yetirilməyib. Bununla yanaşı Zahidovun vəkillərinin demək olar ki,   heç bir vəsatəti təmin olunmayıb.
Bu məhkəmə işindən də qabaq Zahidova qarşı 2005 ilin fevralında hakimiyyətin təxribatları həyata keçirilib. Həmin təxribatdan bir necə gün sonra isə Monitor jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib. 2006 ildə saxta ittiham əsasında Qənimət Zahidovun  qardaşını “Azadlıq” qəzetinin jurnalist satiriki Sakit Zahidovu həb edib 3 azadlıqdan məhrum etmə cəzasına məhkum ediblər. 2006 – cı ildə hökümət “Azadlıq” qəzetinin binasını saxta məhkəmə qərarə ilə əlindən alır. 2006 -2007 ci illərdə qəzetə qarşı məmurlar tərəfindən onlarla qərəzli və əsassız məhkəmə qərarları verilməklə qəzetdən 200 min dollardan artıq cərimə ödəmək tələb olunur. Son üç ildə “Azadlıq” qəzetinin işçilərinə qarşı  dəfələrlə hücumlar, hədə qorxular və hətta sui-qəsdlər həyata kecirilmişdir. Ümumilikdə isə son 3 ildə Zahidov ölkə rəhbərliyindən və yüksək çinli məmurlardan ən kəskin yazı yazan baş redaktorlardan birini olub.   
Yuxarıda sadalananlar bir daha Q. Zahidovun həbsinin sifarişli olduğunu sübuta yetitir. RATİ hesab edir, bu addımla  Azərbaycan hakimiyyəti seçki öncəsi ölkənin müxalif mətbuatını tam sıradan çıxarmaq və qorxu içində saxlamaq məqsədini daşıyır. Hökümətin bu addımı  Azərbaycan  jurnalistikasına qarşı aqressiv və qəddar mövqedə durmasının  və məhkəmə qərarlarına təsir göstərməsinin  göstəricisidir. Zahidovu həbsə atmaqla hakimiyyət bir daha sübut etdi ki, o söz və mətbuat azadlığı sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində deyil.
RATİ beynəlxalq demokratik ictimaiyyətdən Azərbaycan hakimiyyətindən Qənimət Zahidovun və digər həbsdəki  jurnalistləri dərhal azad olunmasını tələbini səsləndirməyə çağırır. Bundan əlavə RATİ Avropa Şurasında yaranmış kritik vəziyyəti nəzərə alaraq yaxın günlərdə Azərbaycanda siyasi  məhbuslar üzrə xüsusi nümayəndəni təyin edib onun vəziyyətlə tanış olması üçün Azərbaycana ezam etməyə çağırır.
RATİ eyni zamanda Azərbaycan hakimiyyətindən Qənimət Zahidovu və həbsdəki digər jurnalistləri (Mirzə Sakit, Eynulla Fətullayev və Müşfiq Hüseynov) dərhal azadlığa buraxmağa və  üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırır.

Previous Post

QƏNİMƏT ZAHİDOVA AĞIR CƏZA VERİLDİ

Next Post

“24 SAAT” QƏZETİNİN RƏHBƏRLİYİ VƏ KOLLEKTİVİ DƏYİŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.