QƏNİMƏT ZAHİDOVA AĞIR CƏZA VERİLDİ

Bu gün Yasamal Rayon Məhkəməsində Qənimət Zahidova hökm oxunub. Baş redaktor 4 il, digər təqsirləndirilən şəxs Vüsal Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə RATİ-yə məlumat verən vəkil Elçin Sadıqov qeyd edib ki, “nə mən, nə də digər vəkillər hökmün oxunacağı barədə xəbərdar edilməmişik.Məhkəmə gizli keçirildiyindən orada kimlərin iştirak etdiyini bilmirəm. Məhkəməyə gedib, qərarı almışam. Zahidov Cinayət Məcəlləsinin 127.2.3 –cü maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il azadlıqdan məhrum edilib”.
Qənimət Zahidovun həyat yoldaşı Ayəndə Mürsəliyeva da RATİ-nin əməkdaşına məhkəmədən xəbərsiz olduğunu bildirdi: “mənə məhkəmə ilə əlaqə saxladım və bildirdilər ki, saat 11.00-da ona hökm oxunub”.
RATİ “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovla da əlaqə saxlayıb və onun Zahidovun həbsə atılmasına münasibətini öyrənib. Əhmədov vurğuladı ki, “hakimiyyətin bu təzyiqlərinin mənası yoxdur. İllərlə hakimiyyət “Azadlıq” qəzetini müxtəlif vasitələrlə susdurmaq istəyib. Qəzet əməkdaşlarının döyülməsi, müxtəlif mülki cərimələr və digər təzyiqlərlə üzləşib. Qənimət Zahid 4 il yox 14 il azadlıqdan məhrum edilsəydi  qəzetin nə nəşri, nə də kursu dəyişməyəcək”.

Previous Post

MƏHKƏMƏ JURNALİSTİN İDDİASINI TƏMİN ETMƏDİ

Next Post

BƏYANAT

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.