ANASI HƏBSDƏKİ BLOQÇU İLƏ GÖRÜŞÜB

Sentyabrın 10-da Natella Abdullayeva  5 saylı cəzaçəkmə müəssisəsində həbsdə olan oğlu, gənc bloqçu Emin Milli (Abdullayev) ilə görüşüb. Bu barədə bu gün (14 sentyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Natella Abdullayevanın özü məlumat verib.

N.Abdullayeva gənc bloqçunun saxlanma şəraitindən şikayət etmədiyini, lakin sağlamlığında müəyyən  problemlərin yarandığını  bildirib. “O allergik rinit xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin inkişafına əsasən  həbsxanadakı siqaret iyi təsir göstərir”.         

Xatırladaq ki, hakimiyyəti tənqid edən “Eşşəklə (Esel Heinz)  müsahibə” adlı videorolikin  müəllifləri –  blogger Emin Milli və digər blogger  Adnan Hacızadə  08 iyul 2009-cu il tarixində Bakıda “Lebonese” (Livan) restoranında təxribatçılar tərəfindən döyülərək xəsarət almalarına və zərərçəkmiş şəxs qismində şikayət etmələrinə baxmayaraq, polis  onlara xəsarət yetirənləri sərbəst buraxmış və gənclər barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi başlamışdır. 11 noyabr 2009-cu ildə məhkəmə Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi 10 mart 2010-cu il tarixdə hökmün qüvvədə saxlanılması ilə bağlı qərar qəbul edib. Yerli və beynəlxalq ictimaiyyət bloqçuları vicdan məhbusu kimi tanıyıb.

Previous Post

HƏRBİ JURNALİST CƏSUR SÜMƏRİNLİ HƏDƏLƏNİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.