ELAN!

16 SENTYABR SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Beynəlxalq Ədalət Körpüsü (İBJ) təşkilatının dəstəklədiyi “Məhkumların vaxtından əvvəl azadlığa buraxılma hüquqlarının təmin edilməsi üzrə ictimai təşəbbüslər” layihəsi üzrə növbəti tədbir keçiriləcək.

Tədbirdə layihənin gedişatı ilə bağlı əlavə məlumat veriləcək və məhkum hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərəcək “qaynar xətt” elan ediləcək.  
Tədbirə müvafiq dövlət qurumlarının nümayəndələri, hüquq müdafiəçiləri, jurnalistlər, QHT rəhbərləri, diplomatik korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.   

Əlaqə saxlamaq üçün: Rəsul Cəfərov +994 50 586 35 37; +994 55 754 35 16

Previous Post

ANASI HƏBSDƏKİ BLOQÇU İLƏ GÖRÜŞÜB

Next Post

İSVEÇDƏ SEÇKİLƏRDƏN SONRAKI DURUMU MÜŞAHİDƏ EDƏCƏK AZƏRBAYCANLI JURNALİSTLƏR BƏLLİ OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.