POLİS REPORTAJ HAZIRLAYAN JURNALİSTLƏRİ SAXLAYIB

"Yeni Müsavat" qəzetinin iki reportyoru Elmin Bədəlov və  Şahnaz Novruzqızı polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə bu gün (04 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) "Yeni Müsavat" qəzetinin əməkdaşı Elmin Bədəlov məlumat verib. O bildirib ki,  hadisə Nizami rayonu ərazisində baş verib. Jurnalistləri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə aparıblar.

Onun sözlərinə görə, redaksiyadan verilən tapşırığa əsasən hakimiyyətin müxalifətçilər üçün ayırdığı yürüş-mitinq marşrutlarından biri üzrə hərəkət edərək material hazırladıqları vaxt polislər onlara yaxınlaşaraq özləri ilə Polis Bölməsinə aparıblar: "Həmkarım Şahnaz Novruzqızı ilə mən reportaj hazırlayırdıq. Mənim əlimdə "Azad seçki" şüarı yazılmış pankart vardı, Şahnaz isə şəkil çəkirdi. Biz ətrafdakı insanların şüara və kütləvi aksiyaya reaksiyalarını öyrənmək istəyirdik. İnsanlar fərqli münasibət nümayiş edirdilər. Bu zaman polis bizə yaxınlaşdı və bizim qanunsuz aksiya keçirməyə ixtiyarımız olmadığını bildirdi", – deyə E.Bədəlov qeyd etdi.

E.Bədəlovun sözlərinə görə, 25-ci Polis Bölməsində onlar əməliyyat müvəkkili, polis mayoru Azər Musayevin kabinetində izahat yazıblar. Jurnalistlərə bildirilib ki, onlar izahat yazdıqdan sonra buraxılacaqlar, ancaq sonradan məlum olub ki, polis "ictimai asayişi pozan" jurnalistləri buraxmaq istəmir. Redaksiya rəhbərliyinin işə qarışmasından sonra "Yeni Müsavat"ın əməkdaşları Polis Bölməsindən sərbəst buraxılıblar.

 

 

Previous Post

HƏFTƏNİN ƏSAS XƏBƏRLƏRİ 27 SENTYABR – 02 OKTYABR

Next Post

KÜR VƏTƏNDAŞ CƏMİYYƏTİ QƏRƏRGAHININ KOORDİNATORU OQTAY GÜLALİYEV VƏ SAATLI RAYON

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.