BİRGƏ BƏYANAT

Azərbaycan: İfadə azadlığı olmadan, seçkilər azad və ədalətli ola bilməz

 

Biz aşağıda bu bəyənatı imza edən 9 beynəlxalq təşkilat 7 Noyabrda keçirilən parlament seçkiləri ərzində Azərbaycan hökumətini ifadə azadlığını yerinə yetirməməklə beynəlxalq öhdəlikləri pozmaqda ittiham edirik

 

 Azad və ədalətli hesab oluna bilməyən seçkilərdən öncə və sonra baş verən ifadə azadlığı ilə bağlı qanun pozuntuları bizi çox narahat edir. Biz Azərbaycanın səlahiyyətli şəxslərini bu qanun pozuntuları ilə bağlı təcili tədbirlər görməyə və ifadə azadlığına şərait yaradan mühit yaratmağa çağırırıq.

Bu bəyənatı imzalayan 9 beynəlxalq təşkilat 7 Noyabrda keçirilən parlament seçkiləri müddətində aşağıda qeyd olunanlar daxil olmaqla, ifadə azadlığı ilə bağlı dərin narahatçılıq ifadə edir.

    * Seçkiqabağı mühitdə Azərbaycan hökumətinin beynəlxalq öhdəlikləri yerinə yeirə bilməməsi
    * Eynulla Fətullayev, Adnan Hacızadə və Emin Milli daxil olmaqla, hökumətə tənqidi yanaşan jurnalistlərin və bloggerlərin həbsdə saxlanılması
    * Mətbuatda geniş yayılmış senzura
    * Seçkiqabağı mühitdə media yayımında müstəqil, qərəzsiz hesabatların və siyasi plüralizmin çatışmamazlığı
    * Dövlət tərəfindən maliyyələşən AZTV daxil olmaqla,  Azərbaycan hakimiyyət nümayəndələrinin və hakim Yeni Azərbaycan Partiyasının xeyrinə seçkilərlə bağlı xəbərlərdə qərəzli mövqenin olması
    * Seçkiqabağı hökumətə tənqidi yanaşan eqreb.com, tinsohbeti.com və susmayaq.biz internet saytlarının fəaliyyətinin dayandırılması
    * Televiziya yayımında Azadlıq qəzetinin redaktoru ilə bağlı porno videonun nümayişi daxil olmaqla, müxalifət namizədlərinin və müxalifət yönümlü jurnalistlərin təhdid edilməsi və izlənilməsi
    * Azadlıq Radiousunun, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun və Azadlıq qəzetinin müxbirləri daxil olmaqla, seçki saxtakarlığının şahidi olmuş jurnalistlərin qeyri-qanuni olaraq həbs edilməsi
    * Azadlıq Radiousunun, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun Naxçıvandakı əməkdaşları kimi bir sıra jurnalistlərin seçki məntəqələrindən uzaqlaşdırılması, seçkilərdə jurnalistlərin peşə fəaliyyətinə olan digər müdaxilələr, jurnalistlərin bəzi seçki məntəqələrində şəkillərin çəkilməsinə, video çəkilişlər aparmasına və qeydlər aparmasına olan maneələr

Biz aşağıda imza edən təşkilatlar demokratik cəmiyyətdə ifadə azadlığının əhəmiyyətini, xüsusilə də seçkilər ərəfəsində vətəndaşların siyasi fikirlərə təsir imkanının olmasının vacib olduğunu vurğulayırıq. Biz Azərbaycanın səlahiyyətli şəxslərini, təcili ölçü götürərək ölkədə ifadə azadlığının vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycanın beynəlxalq öhdəliklərə əməl etməyə çağırırıq, əlavə olaraq;

1.      Eynulla, Adnan və Eminin dərhal və qeyri şərtsiz həbsdən azad edilməsi və radikal siyasi fikirlərinə görə şəxslərin həbs edilməsinin dayandırılması;

2.      Azad və müxalif mətbuatla bağlı olan jurnalistlərə və müxalifət nümayəndələrinə qarşı hədə-qorxu və təqiblərin dayandırılması;

3.      seçki protollarında jurnalistlərin fəaliyyətinə olan rəsmi müdaxilələr barədə olan hesabatları effektiv şəkildə və dərhal araşdırmaq,  cavabdehləri cinayət məsuliyyətinə cəlb etmək;

4.      hökuməti tənqid edən internet saytların fəaliyyətlərinin məhdudlaşdırılmasını dərhal dayandırmaq

5.      Mətbuat plüraziminin təmin edilməsi, müxtəlif məlumat mənbələrinin cəlb olunması ilə yanaşı müstəqil yayımı tənzimləyən qurumun yaradılması və xarici radio stansiyaların yerli tezliklərdə yayımında olan qadağanın aradan qaldırılması

6.      ATƏT-in Demokratik Təsisatlar Bürosunun Son Hesabatında qeyd olunan tövsiyyələrə növbəti seçkilərlə tam şəkildə əməl edilməsi və növbəti seçkilərin ədalətli, azad şəkildə keçirilməsini və ifadə azadlığının olmasını, beynəlxalq standartlara cavab verməsini təmin etmək

 

Aşağıda adları qeyd olunmuş təşkilatlar bu bəyanatı dəstəkləyir:

    * Maddə 19: Sərbəst İfadə Azadlığı uğrunda Qlobal Kampaniya
    * Freedom House
    * İnsan Hüquqları Fondu Təşkilatı
    * Senzura göstəricisi
    * Beynəlxalq Jurnalistlər Federasiyası
    * Mətbuat Müxtəlifliyi İnstitutu
    * Norveç Helsinki Komitəsi
    * Sərhədsiz Reportyorlar
    * Ümumdünya qəzet və naşir Assosiasiyası

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

AZƏRBAYCAN KONSTİTUSİYASININ 15 Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ BEYNƏLXALQ KONFRANSE

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.