
RATİ hesab edir ki, hakimiyyət həbsxanada olan jurnalistə qəsdən narkotik maddə atıblar (25 dekabr 2009), sonradan onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb, bu o məqsədlə edilib ki, jurnalisti Avropa Məhkəməsinin onun dərhal azadlığa buraxılması barədə 22 aprel 2010-cu il qərarına baxmayaraq yenə də həbsdə saxlasınlar.
İttihamların absurd olması və sübut edilməməzliyini əsas gətirən beynəlxalq ictimaiyyət Fətullayevin dərhal azadlığa buraxılması haqqında çağırışlar etsə də Azərbaycan hakimiyyəti Avropa Məhkəməsinin tarixində ilk dəfə presedentsiz addım ataraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bütün sistemini, həmçinin İnsan Hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın dəyərlərini pat vəziyyətinə salıb. Azərbaycan hakimiyyətinin bu addımı Avropa Şurasına daxil olan digər ölkələrə Avropa Məhkəməsinin qərarına baxmayaraq hakim rejimlərə sərf etməyən şəxsləri onlara qarşı yeni ittihamlar irəli sürülməsi baxımından pis nümunədir.
RATİ hesab edir ki, Avropa və milli hüququn dəyərlərini açıq şəkildə rədd edən hakimiyyət növbəti dəfə sübut etdi ki, Azərbaycanda qanunun aliliyinin tanınmaması və insan hüquqlarının total pozulması əsasında avtoritar atmosfer mövcuddur.
RATİ Azərbaycan hakimiyyətinin qanunun aliliyini total şəkildə rədd edilməsi və insan hüquqlarının boğulması yolundan çəkinməyə çağırır. Eyni zamanda RATİ hakimiyyəti jurnalist Eynulla Fətullayevi, həmçinin bloggerlər Emin Milli və Adnan Hacızadəni dərhal azad etməyə çağırır.
RATİ Avropa İnsan Haqları Məhkəməsini Azərbaycan Ali Məhkəməsi Plenumunun dünənki hüquqi avantyurasına prinsipial qiymət verməyə çağırır. RATİ normativ-hüquqi aktların, o cümlədən Avropa Konvensiyasının dəyişdirilməsi vaxtının çatdığını hesab edir, belə ki, gələcəkdə hakimiyyətə sərf etməyən şəxslərin həbsdə saxlanılması məqsədilə onlara qarşı yeni ittihamlar irəli sürmək və onları araşdırmaq mümkün olmasın.