“YENİ MÜSAVAT” QƏZETİNİN XANIM ƏMƏKDAŞI POLİSƏ APARILIB

  “Yeni Müsavat” qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızı peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Bu barədə bu gün (30 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Z. Sakitqızının özü məlumat verib

Onun sözlərinə görə, Qərb Universitetinin Siyasi Elmlər fakültəsinin Beynəlxalq jurnalistika ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əkbərli tərəfindən “Yeni Müsavat” qəzetinin redaksiyasına daxil olan şikayət ərizəsini araşdırmaq məqsədilə universitetə getdikdə, orada rəhbərliyin  əsassız təzyiqinə  məruz qalıb:

     “Universitetə getməkdə məqsədim adıçəkilən tələbənin redaksiyaya daxil olan şikayəti əsasında idi. Şikayət ərizəsində tələbə təhsil haqqını ödəməsinə baxmayaraq, ondan yenidən 900 manat məbləğində pul tələb edilməsi bildirilirdi. Lakin universitetin rəhbərliyi peşə fəaliyyətimizi yerinə yetirməyə mane oldu və Daxili İşlər Nazirliyinin (DİN)  102 xidmətinə zəng etdi. Səbail rayon 9-cu polis bölməsinin əməkdaşları gəldilər, mənimlə birlikdə “Dalğa” Gənclər Hərəkatının (GH) üzvü Pərviz Həşimovu da polis idarəsinə apardılar”, – deyə Z. Sakitqızı bildirdi.

     DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov RATİ-yə bildirdi ki, polis bölməsinə gətirilən jurnalistlər şəxsiyyətləri müəyyənləşdirildikdən və izahatları alındıqdan sonra sərbəst buraxılıblar.

     Qeyd edək ki, “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik nəşr olunur.
 

Previous Post

EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK MƏKTUBLARI GƏLMƏKDƏ DAVAM EDİR

Next Post

“FƏTULLAYEVİN TALEYİ AVROPA ŞURASININ NAZİRLƏR KOMİTƏSİNDƏN ASILIDIR”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.