Dekabrın 9-dan “Azadlıq” qəzetinin www.azadlıq.info internet səhifəsinə giriş mümkün deyil. Bu barədə bu gün (15 dekabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin internet saytının veb-redaktoru Alı Rza məlumat verib.
Onun sözlərinə görə, sayt bu günə qədər müxtəlif problemlərlə üzləşib və əsasən də haker hücumlarına məruz qalıb:
“Dekabrın 12-də gecə saatlarında yeni serverdə saytın işini bərpa etdik, amma sayt yeni serverdə işə başlayan kimi haker hücumları yenidən başladı və saytın idarəetmə panelinə girişi bərpa etmək mümkün olmadı. Biz problemin həlli istiqamətində məşğuluq” – deyə bildirən A.Rza onu da qeyd etdi ki, “Azadlıq” qəzetinin saytı artıq bir ildir ki, bu problemlərlə üzləşir.