MƏHKƏMƏ YAZDIĞI ŞİKAYƏT ƏRİZƏSİNDƏKİ FİKİRLƏRİNƏ GÖRƏ VƏTƏNDAŞI CƏRİMƏLƏDİ

Bu gün (15 dekabr) Yasamal rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Yasamal rayon icra hakimiyyəti başçısı İbrahim Mehdiyevin vətəndaş Yaqub Muradzadəyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmənin qərarı elan edilib.

Hakim E.Qurbanov vətəndaş Y.Muradzadənin Cinayət Məcəlləsinin (CM)  147.1 maddəsi (Böhtan) 500 manat məbləğində, CM-nin 147. 2 maddəsi (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə bəraət verilməsi və 148-ci maddəsi (Təhqir) ilə 1000 manat məbləğində cərimələnməsi barədə qərar verdi.

Y. Muradzadənin vəkili  Əlibaba Rzayev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  hakimin bu qərarından apellyasiya şikayəti verəcəklərini bildirdi.

            Xatırladaq ki, Mehdiyev Yaqub Muradzadənin onun barəsində  müxtəlif dövlət qurumlarına  şikayət məktubları yazaraq,  məktublarda onu təhqir etdiyini və böhtana məruz qoyduğunu iddia edərək  Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
           

Qeyd edək ki, Yaqub Muradzadə 2004-2006-cı  ildə nəşr olunan və hazırda fəaliyyət göstərməyən “Yeni Qəzet”in redaktoru olduğunu bildirir.

 

Previous Post

“AZADLIQ” QƏZETİNİN SAYTINA HAKER HÜCUMU OLUB

Next Post

MASALLIDA JURNALİST POLİS TƏZYİQİ İLƏ ÜZLƏŞİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.