HÜQUQ MÜDAFİƏÇİSİNƏ ADININ “QARA SİYAHIDA” OLDUĞU BİLDİRİLİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ)  rəhbəri Emin Hüseynov fevralın 24-də səhər İstanbuldan Bakıya gələrkən Heydər Əliyev adına hava limanında sərhəd xidməti tərəfindən saxlanılıb.

       Hüseynovun pasportu bəzi detalların dəqiqləşdirilməsi adı ilə alınıb. “Sərhəd xidmətinin zabiti mənə bildirib ki, mənim adım qara siyahıya salınıb, amma hansı siyahıdan söhbət getdiyini açıqlamayıb”- deyə Hüseynov “Turan” agentliyinə bildirib.

            Prosedur təxminin 20 dəqiqə çəkib, sonra Hüseynovun pasportu qaytarılıb və sərhədi keçməsinə icazə verilib.

            Hüseynov hüquqlarının pozulması ilə əlaqədar müvafiq dövlət qurumlarına sorğu və şikayətlə, habelə sərhəd xidməti nümayəndəsinin bəhs etdiyi şübhəli şəxslər siyahısı haqqında izahat almaq üçün müraciət edəcək.

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 23 FEVRAL

Next Post

“AZƏRBAYCANDA YAYIM AZADLIĞI: İSLAHATLARIN ZƏRURİLİYİ” ADLI BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.