DÜZƏLİŞ

2011-ci il martın 7-də RATİ-nin iki əməkdaşı Mehman Hüseynov (fotoqraf və videooperator) və Əbülfət Namazov (fotoqraf, sürücü) təşkilatın xidməti avtomobilində şəhər mərkəzində hərəkət edərkən 3 avtomobil (qara Mitshubishi Pajero və 2 VAZ 2107, boz və qırmızı rəngli)    tərəfindən izləndiklərini görüblər.

İşıqforda dayanan zaman özlərini təqdim etməyən mülki geyimli şəxslər RATİ-nin avtomobilinə yaxınlaşaraq onu əhatəyə alıblar, sonra isə qapıları açaraq RATİ əməkdaşlarının qollarını burmuş və zorla müxtəlif maşınlara oturdaraq naməlum istiqamətdə hərəkət etmişlər. Özlərini təqdim etmədən, həmçinin hərəkətlərinin səbəblərini izah etmədən RATİ əməkdaşlarını Nərimanov Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinə gətiriblər, rəisin kabinetinə aparıblar və sorğu-sual ediblər.

            Qeyd edək ki, ilkin məlumatda əməkdaşlarımız dəqiq hansı polis idarəsinə aparıldıqlarını bilmədiklərinə görə, səhvən Baş Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldıqlarını bildirmişdilər. Daha sonra dəqiqləşmə aparandan sonra əməkdaşlarımızın bu idarə deyil Nərimanov Rayon Polis İdarəsinə aparılmaları bəlli oldu. Amma RATİ olaraq martın 8-də yaydığımız bəyanatda və yaydığımız məlumatlarda  qeyd edilən digər məsələlərdə heç bir yanlışlıq yoxdur. Əməkdaşlarımız qanunsuz saxlanılıb və qanunsuz olaraq dindirilib.

 

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

11 MART BÖYÜK XALQ GÜNÜ İLƏ BAĞLI VƏKİL ELÇİN SADIQOV İLƏ MÜSAHİBƏ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.