Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan polislərinin RATİ-nin iki əməkdaşının oğurlanması məqsədilə cinayətkar hərəkətlərini qınayır və bunu hüquq müdafiə və jurnalist təşkilatına basqı kimi qiymətləndirir.
RATİ polisin hüquqazidd hərəkətlərini həm təşkilatın əməkdaşlarına, həm də bütövlükdə təşkilatın özünə təzyiq kimi qiymətləndirir.
RATİ hesab edir ki, Azərbaycanda hüquq müdafiəçilərinə və jurnalistlərə münasibətdə repressiv vəziyyət onların təhlükəsizliyi üçün real təhlükədir.
RATİ beynəlxalq ictimaiyyətə, xüsusilə BMT, ATƏT və Avropa Şurasına müraciət edir ki, onlar Azərbaycan hakimiyyətinə təzyiq göstərsinlər və ondan hüquq müdafiəçilərinə və jurnalistlərə münasibətdə aqressiyaya son qoymağı tələb etsinlər.
RATİ həmçinin Azərbaycana akkreditə olunmuş demokratik ölkələrin diplomatik missiyaların rəhbərlərinə müraciət edir ki, onlar təcili surətdə öz aralarında geniş məsləhətləşmələr aparsınlar və Azərbaycanda başqa cür düşünmənin boğulmasına yönələn hakimiyyətin siyasi repressiyalarını birgə qınasınlar.
RATİ Azərbaycanın siyasi hakimiyyətinə müraciət edərək, başqa cür düşünənlərə münasibətdə güc strukturlarının qanunazidd hərəkətlərinə son qoymağa çağırır. RATİ həmçinin vicdan məhbusu Eynulla Fətullayevi, habelə internetdə göstərdikləri fəallığa görə həbs edilən gənc fəallar Cabbar Savalanlını, Bəxtiyar Hacıyevi, Dəyanət Babayevi, Səxavət Soltanlını və Rəşadət Axundovu dərhal azad etməyə çağırır.