“Bizim yol” qəzetinin həbs olunmuş əməkdaşı Müşfiq Hüseynov Apellyasiya Məhkəməsinin qərarı çıxan gündən (04 aprel) başladığı aclıq aksiyasını davam etdirir.
Jurnalist bu barədə saxlandığı 1 saylı Bayıl İstintaq Təcridxanasının rəhbərliyinə məlumat verib və qeydiyyatdan keçib. Təcridxananın rəhbərliyi Hüseynova aclığı dayandırmağı tövsiyə etsələr də o, aclığı səhhəti imkan verənə kimi davam edəcəyini bildirib. Bunu RATİ-yə jurnalistin vəkili Vüqar Xasayev söyləyib. Bu gün (07 aprel) Hüseynovla görüşdüyünü vurğulayan vəkil əlavə edib ki, jurnalistin həbsi barədə qərardan kassasiya şikayəti verməyə hazırlaşırlar.