AQİL XƏLİL GECƏ SAATLARINA QƏDƏR DİNDİRİLİB

Dünən “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Dindirilmə zamanı vəkil Elçin Sadıqov da Aqillə birlikdə olub. Həmçinin RATİ-nin əməkdaşları da hadisə yerində olub. Dindirilmə gecə saat 2 radələrində başa çatıb. Və bundan sonra A.Xəlili Kürdəmirə yola salıblar. Hadisə ilə bağlı jurnalistlə əlaqə saxlamağa çalışsaq da telefonuna zəng çatmadığından bu mümkün olmadı. “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov RATİ-yə bildirib ki, “A.Xəlili yola saldıqdan sonra heç bir xəbərim yoxdur. Ehtimal ki, o, hal-hazırda istirahət edir.”

Previous Post

JURNALİSTLƏR ACLIQ AKSİYASINI DAVAM ETDİRİRLƏR

Next Post

VƏKİLİ MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.