HÖKUMƏT “SKYPE”-I ELEKTRON TƏHLÜKƏSİZLİYİNƏ TƏHLÜKƏ SAYIR

   Hökumət “Skype”-ı bağlayır. “Azadlıq” qəzetinin verdiyi məlumata görə,   “Skype” sisteminin Azərbaycanın elektron təhlükəsizliyinə təhlükə yaratmağını Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov  deyib.  Nazir Azərbaycanın elektron təhlükəsizliyində müəyyən zəif yerlərin olduğunu və bunun aradan qaldırılması istiqamətində hökumətin ciddi işlər gördüyünü bildirib.

“Skype Azərbaycanın internet məkanında ən çox işlənən proqramlardan biridir  və Azərbaycanda internet istifadəçilərinin böyük əksəriyyəti bu proqramdan yazışmalar aparmaq, həmçinin səsli və görüntülü ünsiyyət qurmaq üçün istifadə edir.  Rabitə Nazirliyini narahat edən bu sistemin əsasən beynəlxalq danışıqlarda alternativ vasitəçi olmasıdır. Çünki “Skype” la dünyanın istənilən nöqtəsindəki şəxslə rahat şəkildə danışmaq olur“, – deyə Azadlıq qəzetinin verdiyi məlumatda qeyd edilir.

            Ekspertlər isə deyir ki, Azərbaycan hökumətinin bu mövqeyi heç də təsadüfdən deyil.  Belə ki, hökumət internet istifadəçilərinə birbaşa görüntülü ünsiyyət imkanı yaradan “Skype” dan açıq şəkildə ehtiyatlanır. “Çünki hazırkı imkanlarına görə bu proqramın üçüncü şəxs və orqan tərəfindən izlənilməsi mümkün deyil. Belə olan halda da, hökumət bu sistemə nəzarət imkanlarını itirmiş olur. Görünür, Azərbaycan hökuməti bu nəzarət imkanına malik olmadığı üçün “Skype”-ı özü üçün təhlükə hesab edir”, – deyə “Azadlıq” qəzetinə adı açıqlanmayan ekspert bildirib.

            Onu da qeyd edək ki, bu cür hadisələr siyasi dəyişikliklərə məruz qalmış ərəb ölkələrində və  qonşu İranda müşahidə olunub.

            Xatırladaq ki, “Human Rights Watch ” un hesabatında da Azərbaycanda internet yazışmalarına nəzarət edildiyi, lakin hökumətin  hələ “Skype” a əl qoya bilmədiyi qeyd olunmuşdu.

 

Previous Post

GÜNÜN XƏBƏRLƏRİ 4 MAY

Next Post

HÖKUMƏT MAYIN 5-Ə QƏDƏR MİRZƏ SAKİTİN AVROPA MƏHKƏMƏSİNƏ ŞİKAYƏTİ İLƏ BAĞLI SUALLARA CAVAB VERMƏLİDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.