SƏDƏRƏK GÖMRÜYÜNDƏ JURNALİST DÖYÜLDÜ

İyunun 14-də Naxçıvan Muxtar Respublikasının Sədərək sərhəd keçid məntəqəsinin gömrüyündə  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun  (RATİ) əməkdaşı Həkmeldostu Mehdiyev döyülüb.  Bu barədə jurnalistin özü məlumat verdi.

“Mən Türkiyədən bacım oğlunun toyunda istifadə etmək üçün bir qədər toyuq və sərinləşdirici içki alıb gətirmişəm. Gömrükdə mənə heç bir izahat vermədən mallarımı alıb müsadirə elədilər. Buna etiraz edəndə isə Gömrüyün rəis müavini Bəxtiyar müəllim məni təhqir etdi. Habelə o gömrüyün süpürgəçisi olan, adını bilmədiyim kişiyə məni yumruq və su butulkası ilə vurmağa təhrik etdi. Aldığım zərbələrdən nəfəs ala bilmirəm”, – deyə jurnalist qeyd etdi.

H.Mehdiyev baş verənlərlə bağlı şifahi şəkildə artıq polisə şikayət etdiyini, gömrükdən çıxan kimisə yazılı şəkildə ona qarşı qanunsuz hərəkət edən və onu döyən şəxslər barədə hüquq mühafizə orqanlarına şikayət edəcəyini dedi.

Previous Post

MEDİA MONİTORİNQ İNSTİTUTUNUN İDDİASI RƏDD EDİLDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.