MEDİA MONİTORİNQ İNSTİTUTUNUN İDDİASI RƏDD EDİLDİ

1 saylı Baki İnzibati İqtisadi məhkəməsi (İİM) Ədliyyə Nazirliyinin Media Monitorinq İnstitutu İB–nin dövlət qeydiyyatına alınmasından yayınması və  Ədliy¬yə Na¬zir¬li¬yi¬nin üzərinə İctimai Birliyin  döv¬lət qey¬diy¬ya¬tına alınması barədə şəhadətnamənin Ərizəçilərə verilməsi öhdəliyinə dair qaldırılmış   iddia rədd edib.

Məhkəmə qərarı 9 iyul 2011 tarixində elan edilib. İşə 1 saylı Bakı İİM-nin hakimi Sevinc Alıyeva baxıb. Bu barədə adıçəkilən İctimai Birliyin iyunun 13-də yaydığı məlumatda qeyd olunur.
Qeyd edək ki, Media Monitorinq İnstitutu İB 2009-cu ilin aprelində təsis olunub və qeydiyyat üçün Ədliyyə Nazirliyinin müvafiq qurumuna müraciət edilib. Göstərilən dövrdə İB nazirliyə 6 dəfə müraciət və məktub göndərsə də, onların cəmi 2-nə cavab verilib. 4 müraciətə ümumiyyətlə cavab verilməyib, qalan 2 cavabın verilməsində isə qanunvericiliyin tələbləri pozulub. Bundan əlavə məhkəmə prosesində məlum olub ki, İB-in qeydiyyat sənədləri paketi ümumiyyətlə yoxa çıxıb. Ədliyyə Nazirliyini prosesdə təmsil edən Nəsimi Quliyev sənədlər toplusunun İB-ə qaytarıldığını iddia etsə də, onu poçt və digər göndərilmə  sənədləri ilə sübut edə bilməyib.
Bundan əlavə Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi qanunvericiliyin qeydiyyata baxılmasına aid tələblərini də pozub. Belə ki, “Hüquqi Şəxslərin Dövlət qeydiyyatı və Dövlət reyestri” haqqında qanunun 8.3 maddəsində çatışmamazlıqların  eyni vaxtda müəyyən edilib və ərizəçiyə düzəldilməsi üçün göndərilməsi tələb olunsa da İdarə  buna əməl etməyib. Eyni zamanda Nazirliyin bu qurumu adıçəkilən qanunun 8.2, 8.3 və 8.4 maddələrinin işə baxılma və geri qaytarılmaya dair tələblərini də ciddi şəkildə pozub.  Nazirliyin nümayəndəsinin məhkəmədə çıxışından məlum olub ki, Qeydiyyat İdarəsi hələ də, “Hüquqi Şəxslərin Dövlət qeydiyyatı və Dövlət reyestri” haqqında qanunun qüvvədən düşmüş 8.6 maddəsinə uyğun fəaliyyət göstərir.
Onu da qeyd edək ki, məhkəmə iclasından əvvəl  hakim Sevinc Alıyeva öz xidməti otağında Nazirliyin nümayəndəsi ilə  görüş keçirib. Hakimlə Nazirliyin nümayəndəsinin görüşü təqribən 20 dəqiqə çəkib. Məhkəmə iclasına da Nazirliyin nümayəndəsi birbaşa hakimin xidməti otağından yola düşüb. Bu fakt məhkəmədə İB-ni təmsil edən nümayəndələrin gözü qarşısında baş verib.
 Hakim Sevinc Alıyeva işə baxarkən sənədlərlə sübut olunan faktlara biganə yanaşmaqla yanaşı, maraqlı bəyanatla da çıxış edib. Hakim bildirib ki, qeydiyyat üçün müraciət və sənədlərin geri qaytarılması prosesi 2009 – 2010 – cu illərə təsadüf etdiyi üçün 1 saylı Bakı İİM-nin bu işə baxması doğru deyil. Onun sözlərinə görə, İnzibati İqtisad məhkəmələri 01 yanvar 2011-dən etibarən yarandığı üçün, bu tarixdən sonra baş verən mübahisələri araşdırmalıdır. Hakim bunu deyərkən katibə də, bu sözləri protokola yazmamağı dönə-dönə tapşırmağı unutmayıb. Hakim iddiaçılara (ərizəçılərə) məsləhət görüb ki, yenidən Nazirliyə qeydiyyat üçün müraciət etsinlər, əgər bir daha Nazirliyin  müvafiq qurumu qanunvericiliyi pozarlarsa, onda yenidən  məhkəməyə müraciət etsinlər.
İB-in hüquqi nümayəndələri bu təklifi rədd edib, öz iddialarında israrlı olduqlarını bildirib, Hakimdən 2 il 2 ay davam edən qanun pozuntusuna hüquqi qiymət verməyi tələb edib. Hakim isə iddianın rədd edildiyi haqda qərar çıxarıb.
İB 1 saylı Bakı İİM-nin Məhkəmənin qərarını ədalətsiz hesab edir və bu qərardan apeliyasiya şıkayəti verəcək. İctimai birlik  Məhkəmənin qərarını  Ədliyyə Nazirliyinin “İctimai Birliklər” və “Hüquqi Şəxslərin Dövlət qeydiyyatı və Dövlət reyestri”  haqqında qanunları açıq aşkar pozmasına bəraət kimi qiymətləndir.
Qeyd edək ki, Media Monitorinqi İnstitutu İB qeydiyyat alınmamanı əsassız  hesab edərək, bundan əvvəl də məhkəməyə müraciət edib və 3 məhkəmə instansiyada  işə baxılmaq haqqında rədd cavabı aldıqdan sonra 2010-cu ildə Avropa Məhkəməsinə də müraciət edib.

Previous Post

GƏNC SİYASİ MƏHBUSLARIN MÜDAFİƏ KOMİTƏSİ ABŞ PREZİDENTİNƏ VƏ AŞPA-YA MÜRACİƏT EDİB

Next Post

SƏDƏRƏK GÖMRÜYÜNDƏ JURNALİST DÖYÜLDÜ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.