Bu gün (14 iyul) Səbail rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə hazırlıq iclası keçirilməli idi.
“Mən Bəxtiyar Hacıyevın Bakı İstintaq Təcridxanasına köçürülməsi haqqında qərar yazmalıyam. Amma bu qərarı yazmaq səlahiyyəti məndə deyil”, – deyə hakim bildirib.
Vəkil onu da qeyd etdi ki, hazırlıq iclası cavabdehin prosesə qatılmadığına görə, iyulun 15-ə saat 15:00-a qədər təxirə salınıb.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18 mart 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.