MTN MƏRHUM JURNALİSTLƏ BAĞLI MƏTBUAT ŞURASININ MÜRACİƏTİNƏ CAVAB VERİB

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi (MTN)  Mətbuat Şurasının (MŞ) “Monitor” jurnalının  qətlə yetirilən baş redaktoru,   mərhum jurnalist Elmar Hüseynovun qatillərinin tapılmasının sürətləndirilməsi ilə bağlı ünvanladığı müraciəti cavablandırıb.

Bu barədə oktyabrın 3-də  MŞ-nın rəsmi saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, MTN-dən Şuraya daxil olan məktubda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin fasiləsiz surətdə davam etdirildiyi qeyd olunub. Cinayət işi MTN İstintaq İdarəsinin icraatına verildiyi vaxtdan ötən müddət ərzində 1000-ə qədər müxtəlif istintaq və prosessual hərəkətlər həyata keçirilib. Qətlin törədilməsində iştirakları sübuta yetirilmiş şəxslər barədə həbs qətimkan tədbiri seçilməklə İnterpol xətti ilə beynəlxalq axtarış elan edilib. “Bu cinayət hadisəsi ilə bağlı bütün məlumat və detalların araşdırılması, E.Hüseynovun qatillərinin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrinin, həmin cinayətin iştirakçılarının ədalət mühakiməsi qarşısında cavab vermələrinin təmin edilməsi prinsipial məsələdir. Başlıcası odur ki, cinayətin əsas iştirakçıları məlumdur, gec-tez onlar tutulub istintaqa təhvil veriləcək və ədalət mühakiməsi qarşısında dayanacaqlar. Bu istiqamətdə istintaq-əməliyyat tədbirləri bir an səngimədən davam etdirilir”, – deyə vurğulanıb.

Xatırladaq ki,  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov işdən evə qayıdarkən naməlum şəxs tərəfindən evinin kandarında güllələnib. Cinayətkar ona tapançadan 7 atəş açıb. Bir müddət sonra hakimiyyət bildirib ki, cinayəti Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Əliyev və Tahir Xubanov törədiblər.  Lakin Gürcüstan hakimiyyəti onları verməkdən imtina edərək bildirib ki, həmin şəxslərin qətlə bağlı olmasına sübut yoxdur.

Previous Post

APELLYASİYA MƏHKƏMƏSİ AĞDAM QAÇQINININ İDDİASINI TƏMİN ETDİ

Next Post

AZƏRBAYCAN QHT-LƏRİ FRANSA PREZİDENTDƏN İNSAN HAQLARI İLƏ BAĞLI MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNMASINI XAHİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.