AZƏRBAYCAN QHT-LƏRİ FRANSA PREZİDENTDƏN İNSAN HAQLARI İLƏ BAĞLI MƏSƏLƏLƏRİN MÜZAKİRƏ OLUNMASINI XAHİ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu oktyabrın 7-də Bakıya səfər edəcək Fransa prezidenti Nikola Sarkoziyə müraciət göndərib.

Müraciətdə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərinin tapılmaması, xarici radiostansiyaların bağlanması, müstəqil telekanalların və radio stansiyaların olmaması, çap mediasının vəziyyəti, jurnalistlərə qarşı basqılar barədə məlumatlar verilir və Sarkozidən bu problemlərin həllinə yardımçı olması xahiş edilir.

 

Bundan əlavə, Avroviziya 2012 mahnı müsabiqəsi ərəfəsində hüquq müdafiə kampaniyasına başlayan təşkilatlar da Fransa Prezidentinə müraciət göndəriblər. Müraciət müəllifləri Azərbaycanda siyasi məhbus, söz və ifadə azadlığı, mülkiyyət hüquqları, sərbəst toplaşmaq azadlığı və digər sahələr üzrə mövcud olan problemləri və bu problemlərin həllinin zəruriliyini vurğulayıblar. Xüsusilə 2011-ci ilin əvvəllərindən etibarən müxalifətçilərə və gənc fəallara qarşı başlanmış repressiyalar Sarkozinin diqqətinə çatdırılıb və ondan Prezident İlham Əliyevlə görüşü zamanı bu məsələlərin müzakirə edilməsi xahiş olunub.

Müraciətdə göstərilən problemlərin Avroviziya mahnı müsabiqəsi ərəfəsində həll edilməli olduğu xüsusi şəkildə qeyd edilib.

Avroviziya 2012 mahnı müsabiqəsi ilə əlaqədar yaradılan “Azad musiqi qeyri-azad ölkədə?” kampaniyasının təşəbbüskarları “Siyasi Azadlıqların Müdafiə Alyansı”, “Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu”, “Sülh və  Demokratiya İnstitutu” və “İnsan Hüquqları Klubu”-dur. Bundan əlavə aşağıdakı təşkilatlar kampaniyaya qoşulublar:

 

   1. Hüquqi Maarifləndirmə İctimai Birliyi

 

   2. Hüquq Maarifçiliyi Cəmiyyəti

 

   3. Media Hüququ İnstitutu

 

   4. Azad İqtisadiyyata Yardım İctimai Birliyi

 

   5. Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi

 

   6. Hüquqi Təşəbbüslər Mərkəzi

 

   7. NİDA Vətəndaş Hərəkatı

 

   8. Azad Gənclik Təşkilatı

 

   9. Demokratik Jurnalistika Məktəbi

 

  10. Seçki Monitorinq və Demokratiyanın Tədrisi Mərkəzi

 

  11. İnsan Hüquqları Uğrunda İctimai Hərəkat

 

  12. Qafqaz Media Araşdırmalar Mərkəzi

 

  13. Demokratiya Monitoru

 

Previous Post

MTN MƏRHUM JURNALİSTLƏ BAĞLI MƏTBUAT ŞURASININ MÜRACİƏTİNƏ CAVAB VERİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI.0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.