NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞININ KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMAYIB

Oktyabrın 6-da Ali Məhkəmədə hakim Tatyana Qoldmanın sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin Bakı Apelyasiya Məhkəməsinin 29 aprel  2011-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti təmin edilməyib.

Bu barədə bu gün (7 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil Ramiz Məmmədov məlumat verib.

Vəkil R. Məmmədov bildirdi ki, qərarı ədalətsiz hesab edir və bu qərardan  Avropa Məhkəməsinə  şikayət veriləcək.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Mərhumun ailəsi bununla bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb və məhkəmə 27 yanvar  2010-cu il tarixdə tarixdə iddianı təmin etməyib. Həmin ilin 1 iyununda Bakı Apellyasiya Məhkəməsi ilkin məhkəmənin çıxardığı qərarı qüvvədə saxlayıb. 24 dekabr 2010-cu ildə Ali Məhkəmə işin yenidən apellyasiya məhkəməsinə qaytarılması barədə qərar verib. Rəsmi qurumlar onun beyin qansızması  nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.

Previous Post

DEMOKRATİK İSLAHATLAR PARTİYASININ QURULTAYI KEÇİRİLİB

Next Post

SİYASİ MƏHBUSLARLA BAĞLI YENİ LAYİHƏ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.