SİYASİ MƏHBUSLARLA BAĞLI YENİ LAYİHƏ BAŞLAYIR

“İnsan Haqları Uğrunda” İctimai Birlik Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin gerçəkləşdirilməsinə başlayır. Bu barədə “Media forum” xəbər saytında məlumat verilib.

Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə siyasi məhbusları müəyyən edəcək komissiya formalaşdırılacaq. Bu komissiyaya ölkənin tanınmış hüquqşünasları və beynəlxalq hüquq mütəxəssisləri daxil olacaq. Komissiyanın yekun rəyindən sonra beynəlxalq meyarlara cavab verən məhbusların adları açıqlanacaq, siyasi məhbuslar haqqında 5 dildə məlumat bazası yaradılacaq.

Layihənin həyata keçirilməsi ilə bağlı sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.

Qeyd edək ki,  “İnsan Haqları Uğrunda” İctimai Birlik 2011-ci ilin yayında 4 il həbsdə yatmış jurnalist Eynulla Fətullayev tərəfindən yaradılıb.

Previous Post

NOVRUZƏLİ MƏMMƏDOVUN HƏYAT YOLDAŞININ KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMAYIB

Next Post

RUSLAN BƏŞİRLİNİN APELYASİYA ŞİKAYƏTİNƏ BAXILACAQ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.