11 OKTYABR SAAT 14.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində vətənə xəyanətdə ittiham edilərək 12 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş hərbçi Ruslan Əlixanovun vəkili və ailə üzvləri mətbuat konfransı keçirəcəklər.
Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.