SAATLI RAYON RƏHBƏRLİYİ JURNALİSTİ HƏDƏLƏYİR

“7 gün.az” xəbər portalının Saatlı rayonu üzrə bölgə müxbiri İlham Süleymanov təzyiqə məruz qalıb. Bu barədə  bu gün (10 oktyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ)  sözügedən xəbər portalının baş redaktoru Amid Məmmədov məlumat verib.

Baş redaktorun sözlərinə görə,  Saatlı rayonu üzrə bölgə müxbiri İlham Süleymanov son vaxtlar rayonda baş verən problemləri ölkə mətbuatında işıqlandırdığına görə Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarovun və Polis İdarəsinin rəisi Cəbrayıl Vəliyevin qəzəbinə tuş gəlib:

“Saatlıda baş verən hadisələrlə bağlı yazılara görə ötən ay icra başçısı əməkdaşımızı yanına çağırıb və 25 avqust 2011-ci ildə  “Bizim yol” qəzetində  “Saatlıda fövqəladə vəziyyətdir” başlığı ilə dərc olunan yazını ona göstərərək, belə yazıları yazacağı təqdirdə onu həbs etdirəcəyi ilə hədələyib. Bir neçə gün bundan öncə polis rəisi Cəbrayıl Vəliyev İlham Süleymanovu çağıraraq, mətbuata informasiya ötürərsə, rayonu tərk etməli olacağını jurnalistə deyib”, – deyə baş redaktor Amid Məmmədov bildirdi.

 

Previous Post

VƏKİLLƏRƏ QARŞI TƏZYİQLƏR DAVAM EDİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.