LƏNKƏRAN POLİS ŞÖBƏSİNDƏ VƏKİLƏ TƏZYİQ EDİLİB

Ötən həftə vəkil Elçin Sadıqov “Xural” qəzetinin həbsdə olan müxbiri Aydın Canıyevlə görüşü zamanı polis şöbəsində axtarışa  məruz qalıb.

“Mediaforum” xəbər saytının məlumatına görə, vəkil Lənkəran şəhər  polis şöbəsində Aydın Canıyevlə görüşəndə axtarışa məruz qalıb: “Aydın Canıyevin mənə təqdim etdiyi, istintaq üçün əhəmiyyətli olan sənədlər yoxlandı və onları özümlə götürməyimə icazə verilmədi”,  – deyə vəkil bildirib.

Habelə Elçin Sadıqov qeyd edib ki, Canıyevin apellyasiya  şikayətinə nə vaxt baxılacağı da hələ bəlli deyil.

Xatırladaq  ki,  Aydın Canıyev sentyabrın 7-də  Lənkəranın Səpnəkəran kənd dindarlarının şikayəti əsasında saxlanılıb. Jurnalist kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunub və ona 12 sutka inzibati həbs cəzası verilib. Daha sonra isə ona qarşı  Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işinə başlanıb və inzibati həbs cəzasının vaxtı bitəndən sonra, sentyabrın 20-də Lənkəran şəhər Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb. Noyabrın 21-də isə
jurnalist barədə 3 il müddətinə azadlıqdan məhrum etmə qərarı çıxarılıb.

 

Previous Post

AVROPA KOMİSSİYASI KƏND İCMALARININ İNKİŞAFINA 250 MİN AVRO AYIRDI

Next Post

YAZIÇI-PUBLİSİSTİN QƏTLİ İLƏ BAĞLI HEÇ KİM İSTİNTAQA CƏLB EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.