“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının guya rüşvət tələb etməsi ilə bağlı YAP-çı millət vəkili Gülər Əhmədovanın Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə təqdim etdiyi audioyazı barəsində ekspert rəyi açıqlanıb. Bu barədə “xural.com” saytı xəbər yayıb.
Xatırladaq ki, oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Cinayət işinin başlamasına YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti səbəb olub. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları bu ittihamı saxta hesab edir və Əvəz Zeynallının hakimiyyətə qarşı tənqidi yazlılarına görə həbs olunduğunu bəyan edirlər. 1 dekabr 2011-ci ildə Nəsimi rayon Məhkəməsi seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri və ya girov qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatətin təmin edilməməsi barədə qərar çıxarıb.