BAŞ REDAKTORUN İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (24 yanvar) Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətova qarşı cinayət işi açılması ilə bağlı Nəsimi rayon prokurorluğuna etdiyi müraciətin rədd edilməsindən  verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Qapalı keçirilən məhkəmə prosesində hakim şikayətin təmin edilməməsi ilə bağlı qərar çıxardıb.

Xatırladaq ki,  2011-ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiyada  “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada idarənin rəis müavini Süleyman Nemətov tərəfindən  fiziki təzyiqə məruz qalıb. Baş redaktor sərbəst buraxıldıqdan sonra işgəncə faktına görə cinayət işi qaldırılması üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etsə də prokurorluq  Nemətova cinayət işi qaldırmaqdan imtina edib. Bundan sonra Daxili İşlər Nazirliyi Nəsimi Rayon Prokurorluğunun müraciəti əsasında araşdırmalara qoşulub. M. Hacıbəyli işin obyektiv araşdırılmadığını düşünərək, məhkəməyə müraciət edib və Süleyman Nemətova cinayət işi qaldırmasını tələb edir.

Previous Post

ƏVƏZ ZEYNALLININ HƏBSİNƏ SƏBƏB OLMUŞ CD-NİN EKSPERTİZASI YEKUNLAŞIB

Next Post

QHT-LƏRİN MƏTBUATLA ƏLAQƏSİ ZƏİFDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.