Mayın 1-də Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otel”ə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.
İ. Əliyevin sözlərinə görə, cavabdeh tərəf məhkəməyə qatılmayıb. İddiaçı tərəf cavabdehlərin prosesdə iştirak etməməsinin işin əsassız olaraq yubadılması məqsədi daşıdığını məhkəməyə bildirib. İddiaçı tərəfin çıxışından sonra hakim A. Rzayev jurnalistin iddiasının təmin edilmədiyini, onun üzərinə 150 manat ekspertiza xərclərinin ödənilməsi barədə öhdəlik qoyulduğunu elan edib. İntiqam Əliyev bu qərardan yuxarı instansiya məhkəmələrinə şikayət veriləcəyini deyib .
Xatırladaq ki, 2011-ci ilin aprelində jurnalistlər Qan Turalı və Natiq Ədilovun Oğuz rayonunda keçirilən təlimdə iştirakları zamanı onların yaşadıqları otel otağında gizli çəkilmiş video görüntüləri “Lider” televiziyasında yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə cavabdehlərin hər birindən vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi barədə tələblə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi.