YASAMAL MƏHKƏMƏSİ JURNALİSTİN ÜZƏRİNƏ ÖHDƏLİK QOYDU

Mayın 1-də  Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otel”ə qarşı qaldırdığı iddia üzrə məhkəmə iclası keçirilib.

Bu barədə bu gün (2 may)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin hüquqlarını müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məlumat verib.

İ. Əliyevin sözlərinə görə, cavabdeh tərəf məhkəməyə qatılmayıb. İddiaçı  tərəf cavabdehlərin prosesdə iştirak etməməsinin işin əsassız olaraq yubadılması məqsədi daşıdığını məhkəməyə bildirib. İddiaçı tərəfin çıxışından sonra hakim A. Rzayev jurnalistin iddiasının təmin edilmədiyini, onun üzərinə 150 manat  ekspertiza xərclərinin ödənilməsi barədə öhdəlik qoyulduğunu elan edib. İntiqam Əliyev bu qərardan yuxarı instansiya məhkəmələrinə şikayət veriləcəyini deyib .

            Xatırladaq ki, 2011-ci ilin aprelində  jurnalistlər Qan Turalı və  Natiq Ədilovun Oğuz rayonunda keçirilən təlimdə iştirakları zamanı onların yaşadıqları otel otağında gizli çəkilmiş video görüntüləri “Lider” televiziyasında yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən üzr istənilməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə cavabdehlərin hər birindən vurulan mənəvi ziyana görə 100 000 AZN təzminat ödənilməsi  barədə  tələblə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi.

Previous Post

KOMİTƏ CABBAR SAVALANLININ ƏSGƏRLİYƏ APARILMASINI QANUNSUZLUQ SAYIR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.