"Parlayan Günəş" nəşriyyat evinin əməkdaşları azadlığa buraxılıblar. İyun ayının 1-i polis tərəfindən saxlanılan Nurman Şahmərdanlı, İsmayıl Süleymanov, Qabil Şahmərdanov artıq azadlıqdadır.
Bu barədə deyerler.org saytı məlumat yayıb.
Xatırladaq ki, iyunun 1-də Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşları nəşriyyatın direktoru Nurman Şahmərdanlını, əməkdaşlar Qabil Şahmərdanov və İsmayıl Süleymanovu həbs edib. Daha sonra ofisdə olan bütün kitab və komputerlər müsadirə edilib. Səbəb kimi nəşriyyatın lisenziyasız işlədiyi və vergidən yayınması göstərilib. İyunun 2-də Nizami rayon Məhkəməsi saxlanılanlar barədə 5 sutkalıq həbs cəzası verib.