“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Bu barədə bu gün (19 iyun) Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.
Vəkilin sözlərinə görə, AZAL “Yeni Müsavat”ın 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqaləyə görə qəzetin 500 min manat cərimələnməsini istəyib:
“İddia ərizəsi Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası iyulun 4-ə təyin olunub, işə hakim Ziya Əliyev baxacaq”.
Qeyd edək ki, Azərbaycanın ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
nə dərəcədə səmərəli olduğunu qiymətləndirməyə imkan verəcək.