AYDIN CANIYEVİN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Şirvan Apellyasiya məhkəməsində hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə “Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyevin Lənkəran rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Proses zərərçəkmiş Mirbaba Tahirovun ifadəsi ilə başlayıb. O, Aydın Canıyev tərəfindən təhqirə və fiziki zorakılığa məruz qaldığını desə də, Aydın Canıyev yalnız məscidin pəncərələrini qırdığını bildirib və etdiyi hərəkətə uyğun cəzalandırılmağını məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı Ceyhun Əliyev apellyasiya şikayətini əsassız adlandırıb və Lənkəran rayon məhkəməsinin qərarını qüvvədə saxlanılmasını istəyib.

Vəkil Elçin Sadıqov isə Aydın Canıyevə qarşı irəli sürülmüş iddianın əsassız olmasının məhkəmədə növbəti dəfə aşkar olunduğunu bildirib. O, zərərçəkmişin ifadəsində ziddiyyətlərin olduğunu əsas gətirərək, apellyasiya şikayətinin təmin edilməsini və Aydın Canıyevə bəraət verilməsini xahiş edib.

Qısa müşavirədən sonra hakim şikayətin təmin edilməməsi barədə qərar qəbul edib.

Xatırladaq  ki,  Aydın Canıyev ötən il sentyabrın 7-də  Lənkəranın Səpnəkəran kənd məscidinin pəncərələrini qırmaqda və dindarları təhqir etməkdə ittiham olunaraq 12 sutka inzibati həbs cəzası alıb. Daha sonra isə ona qarşı  Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq  ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb və sentyabrın 20-də Canıyev barəsində Lənkəran şəhər Məhkəməsi 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Noyabrın 21-də isə jurnalist 3 il müddətinə azadlıqdan məhrum edilib.

Previous Post

AZAL “YENİ MÜSAVAT”DAN 500 MİN MANAT İSTƏYİR

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.