“GÜNDƏLİK BAKI”-NIN BAŞ REDAKTORU HƏBS EDİLƏ BİLƏR

“Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev istənilən vaxt həbs edilə bilər.

Məlumatı RATİ-yə adı çəkilən qəzetin şef-redaktoru Ədil Hüseynli verib. 
“Buna səbəb qəzetimizdə Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 79 ünvanında yerləşən binanın qarşısında inşa edilmiş xeyir-şər evinin Səfər Əbiyev və Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi Bölüyünün rəisi, polkovnik Mehman Hacalıyevin göstərişi ilə sökülməsi haqqında silsilə yazıların dərc olunmasıdır. Bizdə belə bir məlumat var ki, bu yazılara görə Səfər Əbiyev baş redaktorumuzun həbsini istəyir”, – deyə Hüseynli bildirdi.
Qeyd edək ki,  “Gündəlik Bakı”-nın 8 aprel 2008-ci il tarixli sayında dərc olunmuş "Mehman Hacalıyevin qanunsuz əməlləri bitmir" başlıqlı məqaləyə görə artıq Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyündə hərbi xidmətdə olan əsgər Mürsəlov Fərdi Teyyub oğlun tərəfindən qəzetin təkzib verməsi və 50 (əlli) min AZN məbləğində cərimələnməsi tələbi ilə Yasamal rayon Məhkəməsi qarşısında iddia qaldırılıb.

 

Previous Post

MÜŞFİQ HÜSEYNOVUN SƏHHƏTİ NİSBƏTƏN YAXŞILAŞIB

Next Post

“AZADLIQ” QƏZETİNİN DAHA BİR ƏMƏKDAŞI HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.