Mətbuat Şurasının növbəti qurultayı iyun ayının 20-də keçiriləcəyi artıq müəyyənləşib.Bu barədə məlumatı “Yeni Müsavat” qəzetinə qurultayua hazırliq üzrə işçi qrupun rəhbəri Rəhim Hüseynzadə verib. Hüseynzadə qurultayda iştirak etmək istəyən mətbuat orqanlarından artiq məktubların daxil olduğunu da bildirib: “Məktublarda qurultayda iştirak edəcək şəxslərin və Mətbuat Şurası İdarə Heyətinə namizədlərin adları var. Qurultayda təqribən 200-ə yaxın nümayəndə iştirak edəcək”, – deyə, o vurğulayıb.