ATƏT-İN BAKI OFİSİ SEÇKİLƏRDƏ YAYIM MEDİASININ ROLUNU MÜZAKİRƏ EDİB

may 30th, 2008

Bu gün (30 may) Bakıda keçirilən dəyirmi masada Yayım mediasının demokratik seçkilərin televiziya və radioda yayımlanmasında rolu əsas müzakirə obyekti olub.


Tədbirdə Azərbaycan Televiziya stansiyalarının baş direktorları, yerli seçki rəsmiləri və İsrail, Türkiyə və BK-dan (Birləşmiş Krallıq) mütəxəsislər toplanmışdılar.
Tədbirdə iştirak edən ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Xose Luis Herrero öz çıxışında "Bu gün media demokratik seçki proseslərində zəruri elementlərdən biridir. Onlar bütün siyasi partiyaların məlumatlarını əhaliyə çatdırmaqda məsuliyyət daşıyırlar. ATƏT bu məqsədlə Azərbaycanda media icmasına yardım göstərir," -deyə bildirmişdir.
İctimaiyyətə ayrı-ayrı dövlətlərin bu sahədə müxtəlif baxışları və təcrübələri haqqında öyrənmək imkanı vermək üçün, görüş iştirakçıları arasında bir saatlıq canlı müzakirə bu axşam İTV yayım kampaniyası tərəfindən yayımlanacaq.
(link)