JURNALİST İDRAK ABBASOV ONA TƏZYİQ EDƏNLƏRİ TANIMAQ ÜÇÜN DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ DƏVƏT EDİLİB

Noyabrın 1-də “Ayna”- “Zerkalo” qəzetlərinin, habelə RATİ-nin əməkdaşı İdrak Abbasov Daxili İşlər Nazirliyinə dəvət edilib və ona fiziki təzyiq göstərməkdə şübhəli bilinən şəxslərin şəkilləri tanıtma üçün göstərilib. Bu barədə RATİ-yə jurnalistin vəkili Fariz Namazlı məlumat verib. Vəkilin sözlərinə görə, onun iştirakı ilə jurnalistə 22 nəfərin şəkilləri göstərilib.

“Şəkillərin xırda, ağ qara olmaqla bərabər, həm də çoxdan çəkilmiş olmasına görə, orada şəxsləri tanımaq  çətin idi. Buna baxmayaraq İdrak Abbasov 22 nəfərin 9-dan şübhələndi və onların fiziki olaraq üzlətməyə dəvət edilməsi ilə bağlı vəsatət verdik. Yaxın günlərdə həmin şəxslərlə üzləşmə olmalıdır”, – deyə F.Namazlı qeyd etdi.  

 Xatırladaq ki, İ.Abbasov aprelin 18-də Binəqədi rayon Sulutəpə yaşayış massivində ARDNŞ əməkdaşlarının yaşayış evlərinin söküntüsü zamanı çəkiliş apararkən qəddarlıqla döyülüb. Onun sağ gözü zədələnib, iki qabırğası, daxili orqanları da zədələnib və jurnalist bu gün də müalicəsini davam edir. Hadisə ilə bağlı cinayət işinə başlansa da, kimsə məsuliyyətə cəlb olunmayıb.

Previous Post

DÖVLƏT SƏRHƏD XİDMƏTİ “YENİ MÜSAVAT”DAN 50 000 MANAT TƏLƏB EDİR

Next Post

BAKU NEWS İNTERNET TV RƏHBƏRLİYİ HƏDƏLƏNİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.