DÖVLƏT SƏRHƏD XİDMƏTİ “YENİ MÜSAVAT”DAN 50 000 MANAT TƏLƏB EDİR

Oktyabrın 29-da Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə Dövlət Sərhəd Xidmətinin (DSX) “Yeni Müsavat” qəzetinə qarşı mülki qaydada verdiyi iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilib. Bu barədə bu gün (1 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Xatırladaq ki, Dövlət Sərhəd Xidməti (DSX)  “Yeni Müsavat” qəzetini qəzetin 28 aprel 2012-ci il tarixli sayında gedən “General da ev uçurur” başlıqlı yazı səbəbindən məhkəməyə müraciət edib. Yazıda  Bakının Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 175 saylı ünvanda yerləşən və DSX rəisi Elçin Quliyevin sahibi olduğu iddia edilən 4 mərtəbəli “Karat-İHH” otelinin layihədə nəzərdə tutulmayan mərtəbəsinin (mansard) tikintisinin otelə bitişik evlərə, eləcə də həmin küçədəki 177 saylı evin sahibi Əfqan Murtuzayevin də evinə  təhlükə yaratması  barədə xəbər gedib. İddiaçı cavabdehin 50 000 manat məbləğində cərimə edilməsini tələb edir.
Previous Post

“MƏRKƏZ” QƏZETİNİN MÜXBİRİ FİZİKİ TƏZYİQƏ MƏRUZ QALDIĞINI BİLDİRİR

Next Post

JURNALİST İDRAK ABBASOV ONA TƏZYİQ EDƏNLƏRİ TANIMAQ ÜÇÜN DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ DƏVƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.