“Təzyiqim qalxdığından mən bu gün polisə gedə bilmədim. Özümü yaxşı hiss etmirəm”.
Habelə jurnalist onunla bağlı verilən şikayətin birbaşa daxili işlər nazirinin nəzarətində olduğunu da deyib.
“Etibarlı mənbənin mənə verdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubovun göstərişi var ki, mənimlə bağlı verilmiş şikayətlə əlaqədar hadisə yerində araşdırılma aparılacaq”, – deyə jurnalist qeyd edib.
Xatırladaq ki, M. İsmayıloğlu iyunun 27-də Abşeron rayon Polis Şöbəsinə çağırılmışdı. Bölmədə ona qarşı Daxili İşlər Nazirliyində işləyən bağ qonşusu Vahid İmanov tərəfindən şikayət daxil olduğunu bildirmişdilər. Şikayətə səbəb guya jurnalistin qonşusunun qulluqçusunu zibili onun qapısına tökdüyünə görə döyməsi olub. Jurnalist isə ona qarşı bu qəbildən olan şikayətin birbaşa yazdığı yazılara görə olunduğunu iddia edir.
Qeyd edək ki, M. İsmayıloğlu uzun illər Prezident Aparatının orqanı olan “Xalq” qəzetinin baş redaktoru olub. 2002-ci ildən o, bu vəzifədən kənarlaşdırılıb. Bundan sonra jurnalist hakimiyyəti tənqid edən məqalələrlə müstəqil və müxalifət qəzetlərində çıxış edir.