QƏNİMƏT ZAHİDOVUN ƏLYAZMALARI İLƏ BAĞLI MƏHKƏMƏYƏ MÜRACİƏT EDİLƏCƏK

Dünən (29 iyun) ailəsi 17 saylı Cəzaçəkmə Müəssisəsində  cəza çəkən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovla (Zahid) görüşüb.

Bu barədə RATİ-yə məlumat verən baş redaktorun həyat yoldaşı Ayəndə Mürsəliyevanın sözlərinə görə,  baş redaktorun 1 saylı Bayıl İstintaq Təcridxanasında yazdığı əlyazmalarla bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə etdikləri müraciətə hələ cavab gəlməyib və bu Q. Zahidovu narahat edir. Mürsəliyeva məsələ ilə bağlı  məhkəməyə müraciət etmək haqqında fikirləşdiklərini deyib.
Eyni zamanda Mürsəliyeva baş redaktoru başqa bir məsələnin də narahat etdiyini bildirdi.
“Qənimət mənimlə söhbətində bildirdi ki, o, narkotik maddələrdən istifadəyə görə həbs edilmiş məhbuslarla bağlı Ədliyyə Nazirliyinə müraciət etmək istəyir. Öz müraciətində o, bu qəbildən olan məhbuslar üçün xüsusi təcridxananın ayrılmasını istəyəcək ki, həmin təcridxanada onlar müalicə ala bilsinlər və cəzaları bitirəndən sonra azadlığa sağlam qayıtsınlar”.
Habelə Mürsəliyeva onun saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur.
Xatırladaq ki, Q. Zahidov İstintaq Təcridxanasında Azərbaycanın müasir tarixindən bəhs edən kitab yazıb. Amma kitabın əlyazmaları qanunsuz olaraq təcridxana rəisi tərəfindən ondan alınıb və hazırda əlyazmalar müəllifə qaytarılmır.

Previous Post

QOHUMLARI MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜBLƏR

Next Post

MAHAL İSMAYILOĞLU SƏHHƏTİNDƏ YARANAN PROBLEMLƏRLƏ ƏLAQƏDAR POLİSƏ GEDƏ BİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.