BAŞ REDAKTORUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Bu gün Bakı şəhər Apellyasiya məhkəməsinin hakimi İlham Əsədovun sədrliyi ilə “Azərbaycan” Nəşriyyatının “Xural” qəzetinə qarşı qaldırdığı iddia əsasında Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan verilən  şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim rayon məhkəməsinin  qərarını qüvvədə saxladı. Zeynallı RATİ-nin əməkdaşına bildirib ki, qərardan kassasiya şikayəti veriləcək.
 Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair   iddia qaldırmışdı. İddiaya səbəb "Xural" qəzetinin 24-30 iyun 2007-ci il tarixli "Nəşriyyat "qızıl" kəsir", 29 iyul-04 avqust 2007-ci il tarixli "Azərbaycan mətbuatının ölüm yeri"   və 19-25 avqust 2007-ci il tarixli ""Azərbaycan" Nəşriyyatı yox, "Azərbaycan" fabriki" adlı məqalələr səbəb olmuşdu. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunurdu.   
 Nərimanov rayon məhkəməsinin qərarı ilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Cinayət Məcəllsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə təqsirli bilinərək, 1 il 6 ay müddətinə islah işləri ilə cəzalandırılmışdı. Baş redaktor bu qərardan Apellyasiya şikayəti vermişdi.  

Previous Post

ZAHİDOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLİB

Next Post

JİVKOVAYA MÜRACİƏT EDİLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.