JİVKOVAYA MÜRACİƏT EDİLƏCƏK

fevral 12th, 2008
Söz Azadlığı Müdafiə Komitəsindən RATİ-yə daxil olan məlumata görə bu gün Komitə nəzdində yaradılan İşçi Qrupun iclası keçirilib.

İclasda qərara alınıb ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəməsində Vüsal Həsənovun ədəbsiz hərəkətləri ilə bağlı məhkəməyə müraciət edilsin və Zahidovun məhkəmə prosesləri ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlansın.              Daha sonra AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Yevgeniya Jivkovanın BBC radiosuna verdiyi müsahibə ilə bağlı müzakirələr aparılıb. Qərar verilib ki, həmməruzəçinin dəqiq mövqeyini öyrənmək üçün onun özünə müraciət edilsin. Qeyd edək ki, Jivkova müsahibəsində bildirmişdi ki, “mənə deyilən fikirlər arasında ziddiyyət olduğundan jurnalistlərin azadlığa buraxılması tələbini səsləndirməyə tələsmək istəmirəm”.
İşçi Qrupunda aksiyalarla bağlı fikir mübadiləsi aparılsa da, konkret hansı addımların atılacağı müəyyənləşməyib.