MÖVCUD VƏZİYYƏT MÜSTƏQİL JURNALİSTİKA ÜÇÜN TƏHLÜKƏLİDİR

fevral 13th, 2008
“Azadlıq” radiosunun yaydığı məlumata görə, “Sərhədsiz reportyorlar”  təşkilatı 2007-ci il üçün dünya ölkələrində söz azadlığının vəziyyəti barədə  hesabatını açıqlayıb.

Hesabatda Azərbaycan “neft milyonları içində kasıb ölkə” adlandırılır və ölkədəki vəziyyətin müstəqil jurnalistika, o cümlədən müxalifət mətbuatı üçün təhlükəli olduğu bildirilir. 2007-ci ildə jurnalistlərin üzləşdiyi problemlər, xüsusən də təzyiqlərə məruz qalmış və həbs edilmiş jurnalistlər barədə məlumatlar  hesabatda öz əksini tapıb.   
Təşkilat hesabat vasitəsilə bəyan edir ki, ötən ilin sonunda  prezident İlham Əliyevin əfv fərmanı ilə bir sıra jurnalist həbsdən azad olunsa da, ümumilikdə mətbuat azad fəaliyyət göstərə bilmir.