“Azadlıq” radiosunun yaydığı məlumata görə, “Sərhədsiz reportyorlar” təşkilatı 2007-ci il üçün dünya ölkələrində söz azadlığının vəziyyəti barədə hesabatını açıqlayıb.
Hesabatda Azərbaycan “neft milyonları içində kasıb ölkə” adlandırılır və ölkədəki vəziyyətin müstəqil jurnalistika, o cümlədən müxalifət mətbuatı üçün təhlükəli olduğu bildirilir. 2007-ci ildə jurnalistlərin üzləşdiyi problemlər, xüsusən də təzyiqlərə məruz qalmış və həbs edilmiş jurnalistlər barədə məlumatlar hesabatda öz əksini tapıb.
Təşkilat hesabat vasitəsilə bəyan edir ki, ötən ilin sonunda prezident İlham Əliyevin əfv fərmanı ilə bir sıra jurnalist həbsdən azad olunsa da, ümumilikdə mətbuat azad fəaliyyət göstərə bilmir.
Təşkilat hesabat vasitəsilə bəyan edir ki, ötən ilin sonunda prezident İlham Əliyevin əfv fərmanı ilə bir sıra jurnalist həbsdən azad olunsa da, ümumilikdə mətbuat azad fəaliyyət göstərə bilmir.