QƏZETLƏ BAĞLI VERİLMİŞ ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Dünən (07 fevral) Apellyasiya məhkəməsinin hakimi Akif İskəndərovun sədrliyi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Q. Abbasovun “Azadlıq” qəzeti ilə bağlı verdiyi Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Hakim şikayəti təmin etməyib və Yasamal Rayon Məhkəməsinin 7 noyabr 2007- ci il tarixli qərarı qüvvədə saxlayıb. Bu haqda RATİ-yə məlumatı vəkil Elçin Sadıqov verib.
Xatırladaq ki, “Azadlıq” qəzetinin 07 iyun 2007-ci il tarixli sayında qəzetin yazarı Azad Akifoğlunun müəllifi olduğu”OLİQRAX”QAİ”-Bakı şəhər Yol Polis İdarəsinin rəis müavini Qafar Əliyevin göydələn tikməyə başladığı bildirilir” adlı məqalə dərc olunmuşdu. Məqalə ilə əlaqədar Q.Abbasov 18.06.2007-ci ildə Yasamal rayon məhkəməsinə müraciət edərək, məhkəmədən qəzetin təkzib verməsini, qəzetlə birgə yazı müəllifi A.Akifoğlundan mənəvi ziyana görə 50.000 AZN məbləğində cərimənin ödənilməsini xahiş etmişdi. Hakim 50.000 AZN məbləğində cərimənin ödənilməsi tələbini rədd edilməsi və qəzetin təkzib verməsi haqqında qərar çıxarmışdı. Abbasov bu qərardan Apellyasiya şikayəti vermişdi.  

Previous Post

QƏZETƏ QARŞI VERİLMİŞ ŞİKAYƏT TƏMİN EDİLMƏDİ

Next Post

YENİ QƏZET FƏALİYYƏTƏ BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.