Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Azərbaycan hakimiyyətini həbsləri dayandırmağa və jurnalistləri azad etməyə çağırır

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu jurnalistlər İkram Rəhimov və Polad Aslanovun siyasi səbəbli həbsinə görə Azərbaycan hakimiyyətini qınayır və hakimiyyəti söz azadlığına təzyiqi dayandırmağa və peşə fəaliyyətinə görə həbsdə olan bütün KİV nümayəndələrini azad etməyə çağırır.

RATİ realliq.info saytının baş redaktoru İkram Rəhimovun Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin qurama “Hədə- qorxu yolu ilə tələb etmə” (Azərbaycan CM-nin 182-ci maddəsi) ittihamı ilə 5,5 il müddətinə həbs edilməsi, həmçinin xeberman.com və press-az.com saytlarının baş redaktoru və təsisçisi Polad Aslanovun şübhəli “Dövlətə xəyanət” (Azərbaycan CM-nin 274-cü maddəsi) ittihamı ilə saxlanılmasından ciddi narahatdır.

“Azərbaycanın aparıcı xüsusi xidmət orqanının jurnalistin aşkar qurama hədə-qorxu yolu ilə tələb etmə ittihamı ilə həbs etməsi faktı bir çox suallar yaradır, niyə terror və dövlət təhlükəsizliyinə yönəlik digər ciddi cinayətlərlə mübarizə aparmalı olan nazirlik ona aid olmayan məsələyə görə jurnalistin həbsinə cəlb edilir, bu da vətəndaş cəmiyyəti tərəfindən ciddi şübhələr yaradır”, – deyə RATİ-nin icraçı direktoru Emin Hüseynov qeyd edib.

Daha çox sualı o fakt yaradır ki, 2019-cu ilin iyunun 12-də, İkram Rəhimova hökm oxunan günü, DTX növbəti “şanlı əməliyyatını” keçirir və qurama, lakin daha ciddi, dövlətə xəyanət ittihamı ilə jurnalist Polad Aslanovu həbs edir. Aydındır ki, Azərbaycanın xüsusi xidmət orqanları jurnalist cəmiyyətini qorxutmaq məqsədilə İkram Rəhimov və Polad Aslanovun nümunəsində bütün KİV nümayəndələrinə göstərmək istəyir ki, onlardan hər birini xırda pul tələb etmədən tutmuş dövlətə xəyanətə qədər ittiham edə bilər.

“Ölkədə gərgin sosial iqtisadi və siyasi vəziyyət fonunda Azərbaycan hakimiyyəti arzu edilməyən KİV nümayəndələrinə köhnə yoxlanılmış prinsip istifadə edərək qabaqcadan nüfuzdan salma və sonradan həbs yolu ilə hücumları davam edəcək və gücləndirəcək, jurnalistin reputasiyasını korlamadan onu həbs etməyin mənası yoxdur”, – deyə Hüseynov fikrini yekunlaşdırıb.

RATİ KİV nümayəndələrinə qarşı kriminal diffamasiya və digər qurama ittihamların artması fonunda Azərbaycan hakimiyyətinin yeni siyasi islahatlar kursunun başlanılması ilə bağlı son bəyanatını ədəbsizlik hesab edir.

RATİ əmindir ki, elan edilən islahatlar kursu Azərbaycan hakimiyyətinin Avropa və Qərb maliyyə alətlərinə çıxışını asanlaşdıracaq “Aİ ilə Azərbaycan arasında strateji əməkdaşlıq haqqında” müqavilənin imzalanması ərəfəsində beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dekorasiyadan başqa bir şey deyil.

RATİ hakimiyyəti bütün saxlanılan və həbs edilən jurnalistləri, o cümlədən Əfqan Muxtarlı, Seymur Həzi, Elçin İsmayıllı, Ziya Əsədli, Araz Quliyev, İkram Rəhimov və Polad Aslanovu dərhal azad etməyə çağırır.

RATİ Azərbaycanın Qərb tərəfdaşlarını situasiyanı diqqətlə izləməyə və hakimiyyətin ifadə azadlığına qarşı yeni hücumlarını prinsipial olaraq pisləməyə, həmçinin son vaxtlar institusional resurs çatışmazlığı səbəbindən KİV nümayəndələrinə artan hücumlara vaxtında reaksiya verə biməyən Azərbaycanın hüquq müdafiəçilərini dəstəkləməyə çağırır.

Previous Post

Hətta Beynəlxalq qadınlar günündə Azərbaycan hakimiyyəti zorakılıqdan əl çəkməyəcəyini hər kəsə göstərmək istəyir

Next Post

Port of Seattle implements new protocols for safe

Start typing to see posts you are looking for.