14 FEVRAL 2008-Cİ İL SAAT 13:00-DA BEYNƏLXALQ MƏTBUAT MƏRKƏZİNİN BÖYÜK ZALINDA “Bizim Yol” qəzetinin həbs olunmuş müxbiri Müşfiq Hüseynovun işi üzrə RATİ-nin nəzdində yaradılmış İşçi Qrupun Hüseynovun həbsi ilə bağlı hazırladığı xüsusi hesabatın təqdim etmə mərasimi keçiriləcək.
Tədbirə hüquq müdafiəçiləri, KİV rəhbərləri, diplomatik korpusun nümayəndələri, Ombudsman Aparatı, jurnalistlər və Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimləri C.Ramazanov, R.Sadıxov, F.Qəribov, iş üzrə dövlət ittihamçısı E. Baxşəliyev, işi aparan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin müstəntiqi N.Muradov dəvət edilirlər.