“Azad Avropa”/“Azadlıq” radioları korporasiyasının prezidenti Steven Korn Bakıya gələrək jurnalist Xədicə İsmayılovaya ilə görüşüb.
Martın 12-də “Media forum” xəbər saytına açıqlama verən Xədicə İsmayılova deyib ki, prezident ona tam dəstək olduğunu bildirib: “Görüşlərimiz davam edəcək. Bu barədə rəsmi açıqlamalar olacaq”.
Martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Jurnalistə özünü yığışdırmaq məsləhət görülüb, əks halda rüsvay olacağı bildirilib. Martın 9-da Xədicə İsmayılova baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubova şikayət ərizəsi göndərib.