VƏKİLLƏRİ ADNAN HACIZADƏ VƏ EMİN MİLLİ İLƏ GÖRÜŞÜBLƏR

Bu gün (15 iyul) vəkil İsaxan Aşurov Bakı İstintaq Təcridxanasında OL Gənclər təşkilatının koordinatorlarından biri, internetdə  tanınmış videobloqer Adnan Hacızadə ilə görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Aşurovun özü məlumat verib. Vəkili  A.Hacızadənin səhhətinin  normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib.

əkil Elton Quliyev də bu gün Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi “Alumni Network” Gənclər təşkilatının koordinatoru, AN onlayn televiziyasının rəhbəri Emin Milli(Abdullayev) ilə görüşüb. RATİ-yə bu barədə məlumat verən vəkil bildirib ki, Emin Millin səhhətindən və saxlanma şəraitindən şikayət etməyib və ədalətli istintaq aparılacağına ümid etdiyini vurğulayıb.
     Adnan Hacızadənin atası, politoloq Hikmət Hacızadə isə RATİ-yə bildirib ki, oğluna ailə üzvləri ilə görüşə icazə verilmir: “Oğlumla görüşmək üçün işi aparan müstəntiq Ziya Əliyevə rəsmi məktub göndərsəm də, hələ bir  cavab yoxdur.”
     Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 8 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı gənclərə hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  Hazırda hər iki gənc hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Previous Post

EMİN MİLLİ və ADNAN HACIZADƏNİN HƏBS OLUNMASI İLƏ ƏLAQƏDAR MÜZAKİRƏ APARILIB

Next Post

“HƏMRƏYLİK MARAFONU”NDA İŞTİRAK ET, HƏBSDƏKİ BLOQCULARA DƏSTƏK OL!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.